. Bakının Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə hərəkət edən sürücü qəza törədib. APA-nın məlumatına görə, "KİA Optima" markalı, 90 RS 460 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək “Şəfa” stadionunun yaxınlığında yoldan çıxıb. Avtomobil prospektdəki işıq dirəklərinə çırpılıb, nəticədə sürücü yüngül bədən xəsarətləri alıb. Nərimanov Rayon Yol Polisi İdarəsindən verilən məlumata görə, qəzaya yüksək sürət səbəb olub. Qəza ilə bağlı prospektdə sıxlıq meydana gəlib. Qəza törədən maşın ərazidən evakuasiya edildikdən sonra nəqliyyatın hərəkəti tam bərpa olunub.

Oxşar yazılar
Bakıda QƏZA: Xəsarət alan var
19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi
18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını vurub öldürdü
18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü
18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23