Bakıda yaşayış binasında yanğın: 14 nəfər təxliyə olundu
29 iyun 2017 09:01 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın: 14 nəfər təxliyə olundu

Bakının Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd sayğac yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 14 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxlıyə olunub. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 93
avatar

Oxşar yazılar