Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ikimərtəbəli yaşayış binasında bş verən yanğınla bağlı məlumat yayıb. Lent.az-ın FHN-nin rəsmi saytına istinadən məlumatına görə, Qaradağ rayonunda ümumi sahəsi 900 kv.m olan (hər mərtəbəsi 450 kv.m) çoxmənzilli ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 1-ci mərtəbəsində mənzillərin arakəsmə divarları 96 kv.m sahədə, 2-ci mərtəbədə 6 mənzilin yanar konstruksiyaları və dam örtüyü 450 kv.m sahədə (ümumi 545 kv.m sahədə) yanıb.
Yanğın zamanı binadan 33 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub və 2 nəfər xəsarət alan aidiyyatı üzrə təhvil verilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
06:10
APA-nın in məlumatına görə, yanğın rayonun Lökbatan qəsəbəsində Seymur Orucov küçəsindəki 12 ailənin yaşadığı binada baş verib. Dərhal hadisə yerində Qaradağ və Yasamal rayon Yanğından Mühafizə hissələrinin, eləcə də Bakı qarnizonunun şəxsi heyəti cəlb edilib.
Küləyin təsiri ilə yayılan alov bütün binanı bürüyüb. Yanğın zamanı bir nəfər xəsarət alıb. Yaralı təcili yardımla 5 saylı şəhər xəstəxanasına çatdırılıb.
Hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları bina sakinləri təxliyə ediblər. Yanğın hələ də davam edir.
***
Bakının Qaradağ rayonunda ikimərtəbəli çox mənzilli yaşayış binasında yanğın baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə FHN-nin yanğın söndürmə qüvvələri cəlb olunub. Yanğın söndürmə işləri davam edir. Əlavə məlumat veriləcək.