Bakıda yaşayış binasında baş verən <span style="color:red;">YANĞIN  söndürülüb  - <span style="color:red;">YENİLƏNİB
03 avqust 2015 17:46 (UTC +04:00)

Bakıda yaşayış binasında baş verən YANĞIN söndürülüb - YENİLƏNİB

0

Bakının mərkəzində yaşayış binasında baş verən yanğın söndürülüb.

 

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yaşayış binasının blokundakı elektrik şitində qısaqapanma nəticəsində tüstülənmə olub.

 

Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

 

 

*****

 

17:18

 

Bakının mərkəzində yaşayış binası yanır.

 

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Səbail rayonu Zərifə Əliyev prospekti 32 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

 

Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, yanğın yaşayış binasının blokunda meydana gəlib.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar