Bakıda yanacaq daşıyan avtomobil aşaraq partladı
23 avqust 2014 01:23 (UTC +04:00)

Bakıda yanacaq daşıyan avtomobil aşaraq partladı

0

APA-nın məlumatına görə, hadisə  Bakı dairəvi avtomobil yolunda qeydə alınıb.

 

Yanacaq daşıyan avtomobil sürücünün idarəetməsindən çıxaraq dəmir arakəsməyə çırpılaraq aşıb.

 

Nəticədə partlayış və yanğın baş verib. Toqquşmadan sonra benzindaşıyan yük maşınında olan  benzin 200 m əraziyə dağılıb.

 

Hadisə yerinə Yasamal, Səbail və Binəqədi rayonlarından yanğınsöndürmə briqadaları cəlb edilib.

 

Әrazidәn yüksәk gәrginlikli elektrik xәtlәri keçir. Yanğın nәticәsindә elektrik xәtlәrinә ziyan dәyib. Nәticәdә Bakının Yasamal rayonunun әksәr hissәlәri işıqsız qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5128

Oxşar yazılar