Qaçan avtoritetlərdən biri tutuldu
26 oktyabr 2017 17:18 (UTC +04:00)

Qaçan avtoritetlərdən biri tutuldu

Bu gün Penitensiar xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23.10.2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış AR Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutulub. Lent.az xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb. Bildirilib ki, Ə.Ağami istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır.

 

Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Oxşar yazılar