Gecə saatlarında Bakıda və Lənkəranda yanğın hadisəsi baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Pirallahı rayonunda ümumi sahəsi 35 kv.m olan qazanxanada divara quraşdırılmış 4 ədəd elektrik açarı yanıb və yüksək temperaturdan qazanxanada olan plastik əşyalar qismən əriyib. Qazanxananın qalan hissəsi yanğından mühafizə olunub.
Lənkəran rayonu, Xolmili kəndində (rayon mərkəzindən 14 km aralı) ümumi sahəsi 120 kv.m olan binanın 1 otağının tavanı 20 kv.m sahədə yanıb və yüksək temperaturdan otaqda olan avadanlıqların naqilləri qismən əriyib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.