Bakı sakinindən silah götürülüb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Faiq Mirzəliyevdən “AKM” markalı silah və 23 ədəd patron götürülüb.
Bundan başqa İsmayıllı RPŞ əməkdaları tərəfindən şəhər ərazisindən “AKMS” markalı silah, 3 ədəd patron darağı və 30 ədəd patron tapılıb.