Bakıda və Gəncədə avtomobil yanıb
10 mart 2018 10:05 (UTC +04:00)

Bakıda və Gəncədə avtomobil yanıb

Gəncə şəhəri, Nizami rayonunda "FİAT" minik avtomobilinin idaretmə lövhəsi yanıb, yüksək temperaturdan ön şüşə çatlayıb və günlük əriyib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Bakı şəhəri, Yasamal rayonunda isə "Kia" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 201
avatar

Oxşar yazılar