Bakı şəhərinin Səbail rayonu ərazisində bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, “Ramal Trans” nəqliyyat terminalında Türkiyə vətəndaşı, 1962-ci ildə Adanada anadan olmuş Şahin Mehmet Türeri yıxılıb. Məlumata görə, 51 yaşlı türkiyəli mobil telefonla terminalın həyətində yeriyə-yeriyə danışarkən qəfildən ayağı büdrəyib. Nəticədə yıxılıb və başı səkinin sərt tininə dəyib. Ağır kəllə-beyin xəsarəti almış Türkiyə vətəndaşı çox keçmədən ölüb.
Faktla əlaqədar rayon prokurorluğunda araşdırma aparılır.