Bakıda toqquşan avtomobil nənə və nəvəsini vurdu
01 iyul 2013 14:34 (UTC +04:00)

Bakıda toqquşan avtomobil nənə və nəvəsini vurdu

İyunun 29-da saat 19.00 radələrində Bakı şəhərinin Xəzər rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Mərdəkan qəsəbəsinin ərazisində Bakı şəhər sakini Emin Cavadovun idarə etdiyi “VAZ-2107” markalı və Anar Əliyevin idarə etdiyi “Niva-Chevrolet” markalı avtomaşınlar toqquşub. Sonradan toqquşan avtomaşınlardan biri yolu keçən Bakı şəhər sakinləri Sevil Yunusova, onun nəvəsi Lalə və Almaz Tağıyevanı vurub. Nəticədə S.Yunusova hadisə yerində ölüb, xəsarət almış Lalə və A.Tağıyeva xəstəxanaya yerləşdirilib.

 

Xəzər RPİ tərəfindən araşdırma aparılır. 

 

# 607
avatar

Oxşar yazılar