Avqustun 14-ü Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə ( ANAMA) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində partlamamış mərminin aşkar olunması barədə məlumat daxil olub.
ANAMA-dan Lent.az-a bildirilib ki, məlumata əsasən Agentliyin həmin əraziyə göndərilən mütəxəssisləri tərəfindən dəmir yolu xəttinin kənarında qazıntı aparılan əraziyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 2 ədəd 115 mm-lik top mərmisi (BM-21) götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Sursatların ətrafında 240 kv.metr əraziyə yeraltı və 900 kv.m əraziyə isə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.