Bakıda teleaparıcıya silahlı hücum oldu
16 iyun 2013 13:21 (UTC +04:00)

Bakıda teleaparıcıya silahlı hücum oldu

Teleaparıcı İlham Mirzəyevə silahlı hücum olub.

 

ANS PRESS-in məlumatına görə, teleaparıcı cümə günü axşam saatlarında çalışdığı "Space" kanalının arxa qapısından çıxıb avtomobilinə yaxınlaşarkən başqa bir avtomobildən 4 nəfər düşərək ona hücum edib. Tanınmamaq üçün üzlərini qrimləyən dəstə teleaparıcının özünü və ailəsini ölümlə hədələdikdən sonra sərbəst buraxıb. 

İlham Mirzəyevin köməyinə isə problemlərinin həlli üçün aparıcının müəllifi olduğu verilişə üz tutan şikayətçilər yetişiblər.


İ. Mirzəyev hadisə ilə bağlı dünən səhər Nərimanov rayon Prokurorluğuna və Bakı şəhər Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. O, özünün, həyat yoldaşının və iki azyaşlı övladının təhlükəsizliyinin təmin edilməsini istəyib. İlham Mirzəyev şikayətində hücum edən şəxslərin silahlı olduğunu da qeyd edib. 

Məlumatlara görə, aparıcı layihə rəhbəri olduğu “Etibar edin” proqramına müraciət edən şikayətçiyə yardım etdiyi üçün təzyiqə məruz qalıb.

 

Teleaparıcının köməkçisi sayta deyib ki, istintaq getdiyi üçün İlham danışmaq istəmir: “Hələ gözləyirik. Bu yaxınlarda özü açıqlama verəcək. Qanunlarımızın aliliyinə sığınıb, gözləyirik. İlham sadəcə ailəsinin təhlükəsizliyinə zəmanət istəyir".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6399
avatar

Oxşar yazılar