Bakıda silsilə oğurluq edən yeniyetmə oğlan saxlanıb. Lent.az-ın Daxili işlər Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhər sakinləri Zaur Mirzəyevin, Vaqif Verdiyevin, Elçin İsmayılovun avtomobillərindən pul, qızıl əşyalar, yanacaq, sənədlər və mobil telefon oğurlayan 13 yaşlı oğlan (R.G) saxlanılıb. Məlum olub ki,o, Rauf Əliyevin, Təranə Həsənovanın mağazalarından pul, tütün məmulatı və ərzaq məhsulları, Azər Həsənovun evindən qızıl əşyalar, habelə Samir Məmmədovun velosiped oğurlayıbmış.
Buna bənzər hadisə Səbail rayonunda qeydə alınıb. Bakı şəhər sakinləri Şahmar Qəhrəmanovun, Rüstəm Hüseynovun, Məlahət Rzayevanın və İlahə Əliyevanın avtomobillərindən pul, noutbuk, sənəd və kosmetik əşyalar oğurlayan Bakı şəhər sakini - 12 yaşlı oğlan (N.T) saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.