Bakıda silsilə oğurluqlar edən şəxs yaxalandı
29 avqust 2014 10:33 (UTC +04:00)

Bakıda silsilə oğurluqlar edən şəxs yaxalandı

0

Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, avqustun 7-nə keçən gecə Ramana qəsəbəsində yeni tikilidə yaşayanlar Müseyib Həsənovun və avqustun 17-nə keçən gecə RəşaHəziyevin həyətlərindən tikinti materialları oğurlanıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, qəsəbə sakini Natiq Balayev Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

 

Sabunçu Rayon Polis İdarəsi 13-cü polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Rizvan Tanrıverdizadə yaxalanıb. Məlum olub ki, o, yanvarın 18-nə keçən gecə Hacınski küçəsində Vüsal Allahverdiyevə məxsus «Chevrolet» markalı avtomobilin 2 ədəd təkərini, fevralın 4-də Şöylə Əliyevanın Mehmandarov küçəsindəki mənzilindən 2850 manat və komputer monitoru, iyulun 7-də Billurə Əliyevanın R.Qəmbərov küçəsindəki mənzilindən qızıl-zinət əşyaları, avqustun 3-nə keçən gecə isə Ş.Qocayev küçəsindəki binanın girişində Nizami Məmmədova məxsus saxlanc yerindən kombi aparatı, ona aid ehtiyyat hissələri və transformator oğurlayıb. 

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 879

Oxşar yazılar