Bakı şəhər sakinindən tapança və heroin götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ruslan Rüstəmovdan nömrəsi silinmiş “Revolver” markalı tapança və 0,175 qram heroin götürülüb.
Araşdırma aparılır.