Bakıda sərnişin avtobusunda pul oğurlamış şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 5-də 211 saylı xətt avtobusunda Bakı şəhər sakini Azər Seyfullayevin cibindən 167 manat pul oğurlamış Sumqayıt şəhər sakini Hüseyn Şükürov tutulub.
Araşdırma aparılır.