İyunun 13-də Bakı şəhərinin Səbail rayonu ərazisində sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Salyan şosesi 30 ünvanının qarşısında Xəzər rayonunun Binə qəsəbə sakini 1986-cı il təvəllüdlü Həşimov Seymur Sabir oğlunun idarə etdiyi “Dodge Drango” markalı avtomobillə 205 saylı xətt üzrə hərəkət edən və 1961-ci təvəllüdlü Tahirov Böyükağa Təhməz oğlunun idarə etdiyi “İsuzu” markalı sərnişin avtobusu toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüsü, eləcə də avtobusda olan 7 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan avtomobilin sürücüsü, 27 yaşlı S.Həşimovun həyatını xilas etmək mümkün olmayıb.
Xəsarət almış sərnişinlər bunlardır:
Səfərova Səyyarə Musa qızı – 1982 ci il təvəllüdlü
Vəliyev Vasif Fərzəli oğlu – 1989
Səlimov Reyhan Ağamirzə oğlu – 1966
Ələkbərova Sevinc Ağamirzə qızı – 1962
Allahverdiyev Zaur German oğlu – 1990
Hüseynov Adil Ədalət – 1974
Hüseynova Xanım Adil
Nurəliyev Qurban Rafiq - 1988
Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.
******
13.06.2013 / 13:46
Bu gün saat 11:20 radələrində Bakının Səbail rayonu ərazisində sərnişin avtobusu ağır qəzaya uğrayıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Muxtarov küçəsində 205 saylı xətt üzrə hərəkət edən, 90 RU 351 dövlət nömrə nişanlı avtobusla “Toyota Prado” markalı minik maşını toqquşub. İlkin məlumata görə, qəzada 10 nəfərə yaxın insan yaralanıb.
Hadisə yerinə təcili yardım həkimləri, polis əməkdaşları və xilasedicilər cəlb olunub.anspress