Bakıda reklama görə sahibkara iş açıldı
02 oktyabr 2013 18:58 (UTC +04:00)

Bakıda reklama görə sahibkara iş açıldı

İstehlakçıların aldadılması hallarının qarşısı alınır.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 32, mənzil 31 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədova Lətifə Həsənəli qızına məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

 

Mağazanın giriş hissəsində mağazada satışda olan mallara 40% və 50% endirim tətbiq edilməsi barədə reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların yalnız bir hissəsinə endirim tətbiq edildiyi, qiymət kağızlarında onların qiymətinə endirimin tətbiqi barədə heç bir məlumatın (endirimli qiymətin) qeyd olunmadığı müəyyən edilib. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub. Bununla əlaqədar Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb və fiziki şəxs Lalə Məmmədova barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 975
avatar

Oxşar yazılar