Bakıda qulluqçu ev sahibinin 5 min dollarını oğurladı
29 iyun 2016 12:48 (UTC +04:00)

Bakıda qulluqçu ev sahibinin 5 min dollarını oğurladı

0

Bakıda əcnəbi vətəndaşın xeyli miqdarda pulu oğurlanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 20-dən 26-dək olan müddətdə Yasamal rayonunun M.Muxtarov küçəsində  kirayədə yaşayan Ukrayna vətəndaşı Andrey Lisyukun evindən naməlum şəraitdə 5000 ABŞ dolları oğurlanıb.

 

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən orada qulluqçu işləyən, Bakı şəhər sakini Lamiyə Əliyeva tutulub.

 

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar