Bakıda zorakılığa məruz qalmış 20 yaşlı qız polisə müraciət edib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, 20 yaşlı İ.Ə müraciət edərək bildirib ki, Günəşli qəsəbəsindəki “Altun” saunasında tanış olduğu şəxs və digər bir nəfərin zorakılığına məruz qalıb. Məlumata görə, gənc qız tanış olduğu şəxslə həmin saunaya gəlib. Burada qızı, onun tanış olduğu oğlan və digər bir nəfər zorlamağa çalışıb. İ.Ə müqavimət göstərdikdə isə onlar qızı döyüblər və bundan sonra zorlayıblar.
Hazırda müraciət əsasında polis tərəfindən araşdırmalar aparılır. İ.Ə ekspertizadan keçməsi üçün göndərilib.