Bakıda qız üstündə qan töküldü
27 may 2018 19:27 (UTC +04:00)

Bakıda qız üstündə qan töküldü

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Lent.az Teleqraf.com-a istinadən xəbər verir ki, Şıxov çimərliyi ərazisində 1978-ci il təvəllüdlü Məmmədəli Hüseynov tanımadığı şəxslə mübahisə edib. O, dava zamanı bıçaqlanıb. Yaralı sol budun kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Məmmədəli Hüseynova tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

 

İlkin məlumata görə, onların arasında mübahisə qız üstündə baş verib.

 

Faktla bağlı cinayət işi başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316
avatar

Oxşar yazılar