Yanvarın 9-da Bakıda maraqlı hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Səbail rayonu ərazisində, 20-ci sahə adlanan yerdə “VAZ-21011” markalı avtomaşında olan naməlum şəxslər Bakı şəhər sakini Nuranə Məmmədovanı zorla həmin avtomaşına oturdub və mobil telefonunu əlindən alıblar.
Daha sonra naməlum şəxslər yanacaq götürmək məqsədi ilə Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindəki yanacaq doldurma məntəqəsinə gediblər. Onlar avtomaşına yanacaq doldurarkən Nüranə Məmmədova düşərək qaçıb.
Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sabirabad rayon sakinləri Kamil Sadıqov və “VAZ-21011” markalı avtomaşını idarə edən Cəbrayıl İbrahimov tutulublar.
Nizam RZA