Bakı şəhərinin Suraxanı rayonu ərazisində 17 yaşlı qız bıçaqlanıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qaraçuxur qəsəbəsi 40/48 ünvanında 1988-ci il təvəllüdlü Abdullayeva Aynur Füzuli qızı ailə-məişət münaqişəsi zəminində 17 yaşlı bacısı Ayşəni bıçaqlayıb. İkinci ağır vəziyyətdə 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.