İyulun 20-nə keçən gecə Bakının müxtəlif ərazilərində ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, ümumilikdə son sutka ərzində paytaxtda 10 ciddi yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, daha 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.
Ölümlə nəticələnən qəzalardan ikisi Suraxanı, digəri isə Xətai rayonu ərazisində qeydə alınıb. Nizami rayonu ərazisində avtobusun aşması nəticəsində isə 5 nəfər yaralanıb. Hər bir fakt üzrə araşdırmalar aparılır.