Masazırda yol qəzası:ölən var - <span style="color:red;">YENİLƏNİB
24 aprel 2014 11:17 (UTC +04:00)

Masazırda yol qəzası:ölən var - YENİLƏNİB

Masazır qəsəbəsində baş verən yol qəzasında ölən qadının və avtomobilləri idarə edən şəxslərin adları məlum olub.

 

Abşeron Rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, "Hyundai Santa Fe" markalı avtomobili Rüstəm Nuriyev, VAZ-2107 markalı avtomaşını isə Babək Cəfərov idarə edib. Qəza nəticəsində dünyasını dəyişən 26 yaşlı Fidanə Teymurovadır.

***

03.56

Aprelin 24-də, gecə saatlarında Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 

 

"Hyundai Santa Fe" markalı avtomobil Masazır qəsəbəsinin ərazisində sola dönərkən sürücü qarşıdan gələn avtomobilləri gözləməyib. Masazır qəsəbəsindən Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan VAZ-2107 markalı maşın isə artıq dönmək üzrə olan "Hyundai Santa Fe"yə çırpılıb.

 

Toqquşma nəticəsində VAZ-2107-dəki qadın sərnişin avtomobilin pəncərəsindən yola düşüb. O, hadisə yerində dünyasını dəyişib. Ölən qadının şəxsiyyəti dəqiqləşdirilir.

 

Abşeron Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

# 2315
avatar

Oxşar yazılar