Suraxanıda qətl hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhər sakini Məzahir Novruzov Suraxanı rayonu ərazisində yaşadığı evində ölmüş vəziyyətdə tapılıb. Məlum olub ki, M.Novruzovun döyülərək öldürülüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Famil Zamanov tutulub.
Fakta bağlı cinayət işi başlanıb, hadisənin səbəbləri araşdırılır.