Yasamalda qəribə cinayət hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, avqustun 28-də Bakı şəhər sakini Nuranə Əliquliyevanın evinə pəncərədən oğurluq məqsədi ilə naməlum bir şəxs daxil olub. Oğru evin sakinlərini gördükdə mətbəxdəki bıçağı götürüb onları hədələyib.
Yasamal rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mehman Qoçuyev tutulub.
Faktla bağlı araşdırma başlanıb.