Bakıda törədilmiş oğurluq hadisəsinin üstü açılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də Eduard Munuyevə məxsus mağazadan 16640 manat pulu oğurlamış Bakı şəhər sakini Ruslan Truxaçev tutulub.
Qeyd edək ki, hadisəni törətmiş R.Truxaçev Eduard Manuyevin kürəkənidir.