Bakıda qardaşın qardaşını qətlə yetirməsinin bəzi detalları məlum olub.
APA-nın məlumatına görə, Sabunçu rayonundakı İlyas Aslanov küçəsində yaşayan 32 yaşlı Xəlilov Məlik Ağarəhim oğlu ilə qardaşı, 22 yaşlı Faiq arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb.
Mübahisə zamanı Faiq Xəlilov özündən 10 yaş böyük qardaşını qətlə yetirib. Məlik Xəlilov, ürəyindən bıçaq xəsarəti alıb və ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Faiq Xəlilov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (“Qəsdən adam öldürmə”) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
***
Bakıda qətl hadisəsi törədilib.
APA-nın məlumatın görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, İlyas Aslanov küçəsində baş verib.
Xəlilov Məlik Ağarəhim oğlu qardaşı tərəfindən qətlə yetirilib. O, ürəyindən bıçaq xəsarəti alıb və xəstəxanaya çatdırılıb. Lakin Məlik Xəlilovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən qardaş saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.