Oktyabrın 9-na keçən gecə Bakıda bıçaqlanma hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Əmircan qəsəbəsindən Xanukurov Yevgeni Vladimiroviç qarın nahiyəsindən aldığı kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Araşdırmalar zamanı onun sərxoş halda olduğu və özü-özünü bıçaqladığı məlum olub.
Araşdırmalar davam etdirilir.