Bakıda qadınların qənimi ələ keçdi
27 iyul 2015 12:28 (UTC +04:00)

Bakıda qadınların qənimi ələ keçdi

0

Bakı şəhəri ərazisində bir qrup şəxsin pul, qızıl və məişət əşyalarını quldurluq yolu ilə almış şəxs tutulub. Lent.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il müxtəlif vaxtlarda Bakı şəhəri ərazisində Xanımqız Əhmədovanın, Zemfira Ağabəyovanın, Şəhla Hüseynovanın, Zoya Hüseynovanın, Aişə İsmayılovanın, Gülümzər Həmzəyevanın və Elmira Hüseynovanın pul, qızıl və məişət əşyalarını quldurluq yolu ilə almış şəxsin paytaxt sakini, əvvəllər məhkum olunmuş Əli Məlikov olması müəyyən edilib.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Məlikov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 251

Oxşar yazılar