Bakıda soyğunçuluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də paytaxt sakini Lalə Salmanovanın 500 ABŞ dollarını, 20 manatını və qızıl qolbağını soyğunçuluq yolu ilə almış həmyerlisi Murad Muradi saxlanılıb.
Araşdırma aparılır.