İyunun 2-si saat 17:00 radələrində Bakının Xəzər rayonu ərazisindəki dəmiryol stansiyasında 31 yaşlı qadını vəhşicəsinə döyüblər. Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Zirə-Dübəndi stansiyasında baş verib. 1982-ci il təvəllüdlü Vəsilə Cəfərova adı məlum olmayan şəxs tərəfindən möhkəm döyülüb. Qadın kəllə-beyin travması alıb. Onu xəstəxanaya yerləşdiriblər.
Faktla bağlı araşdırma aparılır. anspress