Bakıda qadına qarşı zor tətbiq edən kişi tutuldu
09 iyul 2016 18:52 (UTC +04:00)

Bakıda qadına qarşı zor tətbiq edən kişi tutuldu

0

Bakıda soyğunçuluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 7-də Sabunçu rayonunun Zabrat qəsəbəsində naməlum şəxs qəsəbə sakini Şirinxanım Əsədovaya zor tətbiq edib içərisində qızıl üzük olan çantasını alıb.

 

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi İbrahim İbrahimov tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 486

Oxşar yazılar