Bakıda qadın sürücü ağır qəza törədib. Lent.az-ın report-a istinadən verdiyi məlumatına görə, hadisə paytaxtın Nizami rayonu Babək prospektində baş verib.
Şəhər istiqamətində yüksək sürətlə hərəkətdə olan şəxsiyyəti hələlik məlum olmayan xanım sürücünün idarə etdiyi “Wolksvagen” markalı maşın, işıqforun qırmızı işığına məhəl qoymayaraq əvvəlcə qarşıda dayanan "Mersedes"i vurub. İdarəetməni itirən sürücü avtomobili yolayrıcındakı işıq dirəyinə də çırpılıb və işıq dirəyi aşaraq yararsız hala düşüb. Qəza törədən avtomobilin xanım sürücüsü hadisə yerini tərk edib. Faktla bağlı araşdırmalar davam edir.