Bakıda qadın sürücü qəza törədib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Xəzər rayonunun Şüvəlan qəsəbəsində Şirvan şəhər sakini Sevinc Rzayeva iyulun 29-da saat 21 radələrində idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Rüfət Muradovu, Səriyyə Quliyevanı, Ehtiram Abdullayevi və qardaşı Fərəməzi vurub. Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.