Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Murtuza Muxtarov küçəsi, ev-185, mənzil-13 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Sevda İkram qızı Əhmədova 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib, lakin hüquq mühafizə orqanlarının əməkdaşlarının səyi nəticəsində qadın xilas edilib.
Polisdən həmçinin bildirilib ki, S. Əhmədova 2007-ci ilin avqustunda rayonun Murtuza Muxtarov - 185 ünvanında “Mütəfəkkir” MTK- ya məxsus uçan binada mənzil alıb, lakin həmin mənzilin pulunun yarısı ona qaytarılıb. S. Əhmədova “Mütəfəkkir” MTK-nın tikdiyi digər binada mənzilin ona verilməsi barədə məhkəməyə müraciət edib. Məhkəmə bu gün həmin evin boşaldılması barədə qərar qəbul edib və qadın bu qərara etiraz edərək həmin evdə intihar etmək istəyib.
***
17.23
Bakıda qadın özünü binanın damından atmaq istəyir
Bakıda bir qadın intihar məqsədilə hündür mərtəbəli binanın damına çıxıb.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bəsti Bağırova küçəsi-5 ünvanında qeydə alınıb.
Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları şəxsiyyəti məlum olmayan qadının xilas edilməsi istiqamətində iş aparır.