Bakıda yol polisinin xəsarət alması ilə nəticələnən hadisə baş verib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 22 radələrində Neftçilər prospekti 133 ünvanının qarşısında “Nissan Juke” markalı avtomobil Bakı şəhər Dövlət Yol Polisi Bölməsinin 3-cü tağımının inspektoru, polis baş serjantı Məmmədov Rəşad Mikayıl oğlunu vurub. Avtomobil yol polisi əməkdaşının ayağının üstündən keçib və sürətlə hadisə yerindən uzaqlaşıb. Ağır xəsarət almış 29 yaşlı yol polisi əməkdaşı xəstəxanaya yerləşdirilib.
Araşdırmalar nəticəsində polisin ayağının üstündən keçən avtomobilin Nəsimi rayon sakini Vəliyeva Şəhla Məmmədhüseyn qızına məxsus olması məlum olub.
Araşdırmalar davam etdirilir.