Bakıda polkovnik-leytenantı maşın vurub - YENİLƏNİB
19 may 2014 11:20 (UTC +04:00)

Bakıda polkovnik-leytenantı maşın vurub - YENİLƏNİB

Bakıda yüksək rütbəli hərbçini maşın vurub.

 

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 3-cü mikrorayon dairəsində qeydə alınıb.

 

“Mercedes” markalı maşın yolu keçmək istəyən piyada, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub.

 

Piyada ağır vəziyyətdə hospitala yerləşdirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

Faktla bağlı araşdırma aparılır. 

# 2199
avatar

Oxşar yazılar