Bakıda polislər ağır qəzaya düşdü: 5 yaralı – SİYAHI
21 may 2013 10:03 (UTC +04:00)

Bakıda polislər ağır qəzaya düşdü: 5 yaralı – SİYAHI

 

Bakı şəhərinin Xətai rayonu ərazisində polis əməkdaşları ağır yol qəzasına düşüb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nobel prospektində Çevik Polis Alayının əməkdaşı 1986-cı il təvəllüdlü Qasımov Tofiq Rəsulxan oğlu idarə etdiyi “Opel” markalı avtomobili metal maneəyə çırpıb. Nəticədə sürücü, eləcə də maşında olan digər polis əməkdaşları 1990-cı il təvəllüdlü Səfərov Qabil Rabil oğlu, 1990-cı il təvəllüdlü Rzayev Vüqar Camal oğlu 1992-ci il təvəllüdlü Nəcəfov Babək Tahir oğlu və 1991-ci il təvəllüdlü Məmmədov Fərhad Cəlal oğlu ağır xəsarət alıblar.

Yaralılar Daxili İşlər Nazirliyinin A.Heydərov adına hospitalına yerləşdiriliblər. Qəzanın səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2800
avatar

Nizam Rza

Oxşar yazılar