Bakıda yol polisinə qarşı kobudluqda şübhəli bilinən şəxs saxlanılıb. Lent.az-ın Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Cavadxan küçəsində Nəsimi RPİ-nin DYPŞ-nin YPX-nin inspektorunun qanunu tələbinə tabe olmadan, sərxoş vəziyyətdə polis əməkdaşına qarşı kobudluq edərək xəsarət yetirib naməlum istiqamətə gedən “Ford Transit” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Rəşad İmran oğlu Səfərəliyev müəyyən olunaraq tutulub.
Onun barəsində CM-nin 315-ci maddəsi ilə cinayət başlayıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.