Bakıda piyadanı vurub öldürən sürücü tutuldu
25 aprel 2017 11:26 (UTC +04:00)

Bakıda piyadanı vurub öldürən sürücü tutuldu

0

Bakıda yol-nəqliyyat hadisəsi törətmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 18-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən Bakı şəhər sakini Şahin Şahmuradov qıcolma diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.

 

Binəqədi RPİ 4-cü PB və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ş.Şahmuradovun yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.

 

Aparılan əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsini "Qazel" markalı avtomobillə törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rafiq Həsənov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar