Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 21-də Binəqədi rayonu M.Cəlal küçəsində yerləşən avtoyuma məntəqəsində Bakı şəhər sakini Rasim Nağıoğluya məxsus “BMW” markalı avtomobildən qızıl əşyalar oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Kəlbəcər rayon sakini İsmayıl Babayev tutulub.
Avqustun 22-də Sabunçu rayonu Ramana qəsəbəsində Zərdab rayon sakini Elmir Mustafayevə məxsus sexdən 2 ədəd dəmir qapı oğurlanıb. Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin qəsəbə sakini Rasim Eyyubov saxlanılıb.
Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Rəşad Abdullayevə, Ümüdvar Əlizadəyə məxsus mağazalardan, habelə Ceyhun Hacızadəyə məxsus aptekdən pul, ərzaq məhsulları və danışıq kartları oğurlamış Bakı şəhər sakini olan 16 yaşlı F.M. saxlanılıb.
Hər üç faktla bağlı araşdırma aparılır.