Bakıda oğurluq edən xarici ölkə vətəndaşı tutuldu
10 mart 2015 11:00 (UTC +04:00)

Bakıda oğurluq edən xarici ölkə vətəndaşı tutuldu

0

Gürcüstan vətəndaşı Bakıda oğurluq edərkən saxlanılıb. Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində baş verib. Belə ki, Rayon Mühafizə İdarəsinin əməkdaşları Hidayətzadə küçəsində yerləşən “Məhəllə” marketin jalüz qapısının qıfılını sındıraraq içəri daxil olmaq istəyən Rusiya Federasiyasının Orcenekidze şəhərində anadan olan, Gürcüstan vətəndaşı, 1996-cı il təvəllüdlü Əsgərov Ramin Arif oğlunu saxlayıblar.

 

Oğurluğa cəhd edən 19 yaşlı gənciNərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar