Bakıda ofisiant qızı vəhşicəsinə döydülər
26 aprel 2013 09:46 (UTC +04:00)

Bakıda ofisiant qızı vəhşicəsinə döydülər

 

Bakının Sabunçu rayonunda gənc qız naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Pirşağı qəsəbəsində qeydə alınan hadisə zamanı 23 yaşlı İsmayılova Sevda Səfəralı qızına xəsarətlər yetirilib. Yaralı hadisədən sonra təcili olaraq 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Müayinə zamanı sərxoş vəziyyətdə olan Sevda İsmayılovaya alt çənə sümüyünün sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisə ilə bağlı artıq Sabunçu Rayon Polis İdarəsi və 15-ci polis bölməsinə məlumat verilib. Araşdırma zamanı məlum olub ki, zərərçəkən Sevda İsmayılova Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən kafelərin birində ofisiant işləyir. Hadisə günü isə o, əvvəldən tanıdığı 4 nəfər kişi ilə birgə işdən sonra naməlum istiqamətə gedib. Yolda aralarında düşən mübahisə zamanı həmin şəxslər Sevdanı döyüblər.

Hazırda polislər zərərçəkmişi döyən 4 nəfər kişinin axtarışlarını davam etdirirlər. Zərərçəkən şəxsin istintaqa verəcəyi ifadədən və cinayəti törədən şəxslərin tutulmasından sonra hadisənin dəqiq baş vermə səbəblərinə aydınlıq gətiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2082

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15