Bakıda piyadaları avtomobil vurub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 21-də saat 17 radələrində Binəqədi rayonunda dövlət qeydiyyat nişanları məlum olmayan “Mercedes” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini Zümrüd Cabbarlı vurulub. O, xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Oxşar hadisə Xətai rayonu ərazisində də qeydə alınıb. Avqustun 21-də saat 22 radələrində Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Bayram Baxşəliyev vurulub. B.Baxşəliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.