Bakı şəhərinin Xətai rayonu ərazisində mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Axundov küçəsi 1188, mənzil 120 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Ağamalıyeva Aygün Elxan qızı bu barədə polisə məlumat verib. 18 iyul tarixində polisə müraciət edən qadın bildirib ki, iyulun 15-dən sonra evdə olmadığı müddətdə mənzilinə naməlum şəxs və ya şəxslər soxulub və orada olan 157 min manat pulu, 50 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, 20 mərtəbəli binanın 20-ci mərtəbəsində yerləşən mənzilə oğrular pəncərədən daxil olublar. Hazırda fakt üzrə zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.