Motosiklet maşınla toqquşdu - <span style="color:red;">ölən var  - <span style="color:red;">YENİLƏNİB
29 dekabr 2014 00:34 (UTC +04:00)

Motosiklet maşınla toqquşdu - ölən var - YENİLƏNİB

0

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

 

APA-nın xəbərinə görə, məlumatda qeyd olunub ki, Nəsimi rayonu ərazisində “Chevrolet” markalı minik avtomobili və “Zontes” markalı motosiklet toqquşub. Nəticədə motosikletdəki sərnişin, 1995-ci il təvəllüdlü Abdullayeva Nərmin Rasim qızı motosikletdən yıxılaraq avtomobilin altına düşüb, sıxılmış vəziyyətdə qalıb.

 

N.Abdullayevanın cəsədi xilasedicilər tərəfindən avtomobilin altından çıxarılıb. 

*** 

23: 25

Bakının Nəsimi rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın məlumatına görə, qəza  “Zontes” markalı motoskletin arxadan “Chevrolet” markalı maşına çırpılması nəticəsində baş verib. “Chevrolet” ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus olub.  

 

Motoskletdə olan kişi sürücü ağır yaralanıb, onun sərnişini Nərmin Abdullayeva isə hadisə yerindəcə ölüb.

 

Motoskletin sürücüsü, 1993-cü il təvəllüdlü Qurbanlı Hüseyn Qurban oğlu isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

 

Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərov APA-ya deyib ki, hadisə iki motoskletin bir-biri ilə ötüşməsi nəticəsində baş verib: "Əvvəlcə motoskletlər bir-biri ilə toqquşub, onlardan biri zərbədən idarəetməni itirib və maşına çırpılıb, digəri isə hadisə yerindən qaçıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 271

Oxşar yazılar