Bu gün Bakı şəhərinin Yasamal rayonunda mənzildən kişi meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1937-ci il təvəllüdlü Boris Vladimiroviç Avadiyevin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub. Nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olub.
Mənzilə baxış keçirilərkən vətəndaş mətbəxdə hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində B.Avadiyevin öldüyü müəyyən olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib.